AZ

Naxçıvanda kənd təsərrüfatı istehsalı 1 %-ə yaxın artıb

Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasında 44,1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Aznews.az xəbər verir ki, Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur.

Yanvar-mart aylarında muxtar respublikada istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 1 il əvvələ nisbətən 5,5 % çox - 3,7 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 0,3 % çox - 40,4 milyon manat təşkil edib.

Xatırladaq ki, bu ilin I rübündə Azərbaycanda 1 milyard 717,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə 1,1 % çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş heyvandarlıq məhsullarının dəyəri 0,9 % artaraq 1 milyard 616,3 milyon manat, bitkiçilik məhsullarının dəyəri isə 5,5 % artaraq 101,3 milyon manat təşkil edib.

Seçilən
30
1
aznews.az

2Mənbələr