AZ

Qəzzada polis avtomobili hədəfə alındı: Uşaq və asayiş keşikçiləri həlak oldu

İsrail hərbi hava qüvvələrinin Qəzza şəhərində polis avtomobilinə endirdiyi raket zərbəsi nəticəsində azı dörd fələstinli həyatını itirib.

“The Independent” nəşrinin Fələstin mənbələrinə istinadən verdiyi məlumata görə, həlak olanlar arasında xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları ilə yanaşı, bir azyaşlı uşaq da var. Hadisənin şahidləri zərbənin şəhərin hərəkətli hissəsində qəfildən endirildiyini və ərazidəki mülki obyektlərə də ziyan dəydiyini bildiriblər.

KONKRET.az xəbər verir ki, son günlər bölgədə hərbi gərginliyin artması mülki itkilərin və asayiş keşikçilərinin hədəf alınması hallarını kəskinləşdirib. Beynəlxalq humanitar təşkilatlar xidməti vəzifəsini icra edən şəxslərin və uşaqların ölümünə səbəb olan bu növ hücumların dayandırılması üçün tərəflərə müraciət edib. İsrail ordusu tərəfindən hələlik rəsmi açıqlama verilməsə də, hadisə beynəlxalq mediada geniş rezonans doğurub. Faktla bağlı araşdırmalar davam edir.

Natiq Səlim,
KONKRET.az

Seçilən
35
1
konkret.az

2Mənbələr