AZ

Tələbələr Əfşarlar və Qacarlar dövrünün ictimai siyasi xadimləri barədə məlumatlandırlıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 14 aprel, AZƏRTAC

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası istiqamətində növbəti seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Bakı Dövlət Universiteti və Bakı Slavyan Universiteti tələbələrinin, o cümlədən “Könüllülük” layihəsi iştirakçılarının qatıldığı seminarda Çap kitablarının tədqiqi şöbəsinin müdiri professor Tahirə Həsənzadənin “Əfşarlar və Qacarlar dövrünün azərbaycanlı ictimai və siyasi xadimləri” mövzusunda mühazirəsi dinlənilib. Alim çıxışında Əfşarlar imperiyasının və Qacarlar dövlətinin siyasi tarixi, bu dövlətlərin hökmdarları, onların hakimiyyət dövrləri, eləcə də həmin mərhələlərdə fəaliyyət göstərmiş azərbaycanlı sərkərdələr, hərbçilər və dövlət xadimləri haqqında ətraflı məlumat verib. Həmçinin Mirzə Rza xan Qəzvini, Hüseyn xan Müqəddəm Marağayi, Mirzə Yusif Təbrizi, Mirzə Rza xan Daneş, Mirzə Əsədulla xan və Mahmud xan kimi diplomatların fəaliyyətini ayrıca nəzərdən keçirərək onların regionun ictimai-siyasi həyatında rolunu təhlil edib.

Seminar çərçivəsində adıçəkilən tarixi şəxsiyyətlərin fotolarından ibarət videoslayd nümayiş olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
azertag.az

1Mənbələr