AZ

Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı

Maliyyə Monitorinqi Xidmətinin vəzifəli şəxsi işdən çıxarılıb.

 

Pravda.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Kəmalə Əliyeva vəzifəsindən azad edilib.

 

K.Əliyeva 2020-ci ildən bu vəzifədə çalışırdı.

 

Xatırladaq ki, Maliyyə Monitorinqi Xidməti Prezident İlham Əliyevin 25 may 2018-ci il tarixli Fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli Fərmanı ilə isə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.

Tarix: 14 Aprel 2026, 17:23   
Seçilən
21
4
pravda.az

5Mənbələr