AZ

Marketlərdən lotoreya biletləri və digər məhsullar oğurlayan şəxslər saxlanıldı

BAKI, 14 aprel. TELEQRAF

Paytaxtın Binəqədi və Xətai rayonlarında yerləşən iki marketdən oğurluq edilib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qeyd edilən talama cinayətlərini törətməkdə şübhəli bilinən İ.Seyfullayev, A.Vəlizadə və M.Göyüşov müəyyən olunaraq saxlanılıblar. Onların obyektlərdən 3159 manat dəyərində lotereya bileti, tütün məmulatları və spirtli içkilər oğurladıqları məlum olub.

Araşdırmalar davam etdirilir.

Seçilən
18
12
teleqraf.com

10Mənbələr