AZ

Meloni açıqladı: İsraillə razılaşma ləğv olundu

İtaliya və İsrail arasındakı müdafiə müqaviləsi Yaxın Şərqdəki gərginliklər səbəbindən ləğv edilib.

Publika.az “Ansa” agentliyinə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corcia Meloni açıqlama yayıb.

Onun sözlərinə görə, İsrail ilə imzalanan hərbi texnika və texnologiya tədqiqatlarının mübadiləsini əhatə edən müdafiə müqaviləsi rəsmən dayandırılıb.

"Mövcud vəziyyəti nəzərə alaraq, hökumət İsrail ilə imzaladığı müdafiə müqaviləsinin avtomatik yenilənməsini dayandırmaq qərarına gəlib", - deyə Meloni qeyd edib.

Seçilən
37
50
publika.az

10Mənbələr