AZ

İran xaricdə yaşayan müxalif iranlıların əmlakları əlindən ALINIR

İranın Baş Prokuroru Məhəmmədkazım Movəhhed Azad xaricdə yaşayan və İslam Respublikasına qarşı fəaliyyət göstərməkdə ittiham olunan İran vətəndaşlarının əmlakının köçürülməsi üçün verilən etibarnamələrin dayandırılması barədə göstəriş verib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinə məhkəmə qərarı göndərilib. Qərara əsasən, məhdudiyyətlər xaricdə yaşayan iranlıların ölkə daxilindəki əmlaklarını uzaqdan idarə etmək üçün istifadə etdiyi “Mihak” elektron sisteminə də təsir göstərəcək.

Bildirilir ki, bu addım həmin şəxslərin İran daxilindəki əmlaklarını satmaq və ya başqa şəxslərə köçürmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.

Azad əlavə edib ki, “casusluğa görə cəzaların sərtləşdirilməsi haqqında qanun”a əsasən və hüquqi şərtlər formalaşarsa, bu şəxslərin əmlakı dövlət xeyrinə tam şəkildə müsadirə edilə bilər.

Seçilən
5
veteninfo.az

1Mənbələr