AZ

Səhv vərdişlərin izi: Mədə xorası necə yaranır?

Mədə xorası mədənin daxili selikli qişasında yaranan, turşu və həzm fermentlərinin təsiri ilə zədələnmiş açıq yaradır.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının həkim-qastroenteroloqu Amil Mənsimovun sözlərinə görə, normal şəraitdə mədə turşusu qidanın həzmi üçün vacibdir, amma selikli qişa zədələndikdə və ya turşuluq artdıqda toxumalar zədələnir:

“Xoralar həm mədədə, həm də onikibarmaq bağırsaqda (duodenal xoralar) ola bilər. Xoralar mədənin qoruyucu mexanizmlərinin pozulması nəticəsində əmələ gəlir. Mədə xoraları, əsasən, helikobakter pylori infeksiyası səbəbindən yaranır. 

Bununla yanaşı, bakteriyalar mədənin selikli qişasında iltihab əmələ gətirir, qoruyucu mukus qatını zədələyir və yara riski artırır. Qeyri-steroid iltihabəleyhinə dərmanlar, mədə turşusunun çoxluğu da mədə xorasını yaradan səbəblərdəndir”.

Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının həkim-qastroenteroloqu Nailə Yəhyayeva bildirir ki, mədə xorası gec aşkarlanarsa, həmçinin müalicə olunmazsa, ağırlaşma müşahidə olunur:

“Bu ağırlaşmalar öz növbəsində qanaxma, perforasiya, penetrasiya, mədə çıxacağının daralması və mədə xərçəngi kimi fəsadlara və ağır xəstəliklərə səbəb olur. Mədə xoralarının müalicəsi yaranma səbəbindən asılı olur. 

Dərman müalicəsində antibiotiklər, proton pompası ingibitorları, H2-reseptor blokatorları, antasidlər və sitoprotektiv preparatlar istifadə olunur. Yanaşı olaraq, pəhriz və həyat tərzi də dəyişməlidir”.

A.Mənsimov vurğulayır ki, mədə xorasının profilaktikası məqsədilə vaxtında və balanslı qidalanmaq, ağrıkəsiciləri çox istifadə etməmək tövsiyə olunur:

“Eyni zamanda siqaret və spirtli içkilərdən, mümkün qədər stresdən uzaq durmaq və rahatlaşdırıcı üsullar tətbiq etmək, xora riskini artıran xəstəlik və dərmanlardan xəbərdar olmaq, habelə müntəzəm olaraq tibbi müayinələrdən keçmək və ən əsası, vaxtında həkimə müraciət etmək mütləqdir. Əks halda, mədə xoraları ağırlaşmalara səbəb ola bilər”.

Mütəxəssislər qeyd edir ki, mədə xoraları, adətən, 30-50 yaş aralığında olan şəxslərdə daha çox müşahidə olunur. Lakin son dövrlərdə düzgün qidalanmamaq və yuxu rejiminə riayət etməmək səbəbindən daha aşağı yaşlarda da mədə oxdralazine səbəb olur.

Seçilən
5
1
cebheinfo.az

2Mənbələr