Berlin və Kiyev münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırırlar.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Berlində Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
“Bu gün ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırırıq. Biz bir-birimizdən əvvəlkindən daha çox şey öyrənmək və ortaq gələcəyimizə investisiya qoymaq niyyətindəyik”, - deyə Merz bildirib.
O deyib ki, Almaniya Ukraynanın Aİ-yə daxil olması üçün çalışmağa davam edəcək. Kansler bunu Avropada daha böyük təhlükəsizlik və rifah yolunda strateji cəhətdən vacib addım hesab edir. Eyni zamanda, o, korrupsiya ilə mübarizə sahəsində də daxil olmaqla, Ukraynada islahatların həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Zelenskinin Berlinə səfəri zamanı müdafiə sahəsində əməkdaşlıq və Ukraynanın yenidən qurulması ilə bağlı ikitərəfli müqavilələr imzalanıb və müxtəlif sahələrdə əməkdaşlıq planları haqqında birgə bəyanat qəbul edilib.
Anar