Kiyev və Berlin dronlarla bağlı meqa-müqavilə bağlamağı planlaşdırırlar.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski UNIAN agentliyinə açıqlama verib.
"Biz belə bir meqa-sənəd, fundamental sənəd, dronlarla bağlı razılaşma hazırlamağa başlayırıq. Biz bunun ölkələrimiz arasında olacağına razılaşdıq", - deyə o bildirib.
Zelenski Almaniyanı Ukraynanın ən vacib tərəfdaşlarından biri adlandırıb. O qeyd edib ki, hazırlanan razılaşma Avropa dövlətləri arasında bu sahədə ən böyük razılaşma ola bilər.
Bir müddət əvvəl Almaniya kansleri Fridrix Merts Kiyevin özünün uzunmənzilli raketlərinə sahib olduğunu, buna görə də Almaniyadan Taurus raketlərinə ehtiyac duymadığını bildirmişdi. Siyasətçi əlavə edib ki, Ukrayna artıq "əvvəlkindən daha yaxşı" silahlanıb və buna görə də yeni silahlara ehtiyac duymur.
Musavat.com