AZ

Ötən il bank və sığortaçıların əldə etdiyi dividendin həcmi məlum olub

2025-ci ildə Azərbaycan bankları səhmdarlarına təxminən 480 milyon manat dividend ödəyib.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov bildirib.

Onun sözlərinə görə, bu, 2024-cü illə müqayisədə təxminən 20 % azdır.

AMB rəsmisi xatırladıb ki, ötən il bank sektoru 1,2 milyard manata yaxın xalis mənfəət əldə edib, sektorun ROA əmsalı (aktivlərin gəlirliliyi) 2,1 %, ROE əmsalı (kapitalın gəlirliliyi) isə 18,2 % təşkil edib.

Həmçinin qeyd edilib ki, sığorta sektoru üzrə əldə edilən mənfəətin həcmi 166 milyon manat olub. Sığorta şirkətlərinin səhmdarına ödənilən dividendin həcmi isə 133 milyon manat təşkil edib.

Seçilən
3
1
apa.az

2Mənbələr