BAKI, 14 aprel. TELEQRAF
“Sülhün lehinə seçim etməsi üçün Rusiyaya qarşı sanksiyalar qüvvədə qalmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Berlində Almaniya Kansleri Fridrix Mertslə brifinqdə deyib.
“Almaniyaya sülh səylərimizi dəstəklədiyinə görə minnətdaram. Müharibə bitməlidir, Rusiya bu siqnalı eşitməli və sülhün lehinə bu seçimin edilməli olduğunu hiss etməlidir. Buna görə də Rusiyaya qarşı sanksiyalar qüvvədə qalmalıdır”, - o bildirib.
Zelenski əlavə edib ki, Rusiyaya təzyiqlər davam etməli, Ukraynaya bütün dəstək göstərilməlidir.