
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo 2030-cu il Dünya Kubokunda mümkün iştirakı barədə danışıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DAZN portalı məlumat verib.
“2030-cu il Dünya Kubokunda oynamaq imkanından tamamilə imtina edə bilmərəm. 41 yaşımda hər həftə qol vururam, ona görə də, bəlkə daha dörd il oynaya bilərəm”, - o, bildirib.