AZ

Azərbaycanda tanınmış bazar sökülür

Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən yerli bazar sökülür.

Bizim.Media xəbər verir ki, buna səbəb Bakı–Şamaxı–Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun genişləndirilməsidir.
 

Bildirilir ki, Muğanlı–İsmayıllı–Qəbələ hissəsində köhnə körpü artıq sökülüb və yenisinin tikintisi aparılır. Vəndam bazarının ərazisi də tikinti işlərinin aparıldığı zonaya düşdüyü üçün ətrafdakı mağazalar boşaldılıb və onların sökülməsinə başlanılıb.


Bundan başqa, Vəndamda layihə çərçivəsində magistral yol boyunca yerləşən yaşayış evləri və hasarlar da sökülür. Ərazidə ağacların kəsildiyi də qeyd olunur.

Məlumata əsasən, yenidənqurmadan sonra yol 8,8 kilometr qısalacaq. Magistral boyunca Ağsuçay üzərində asma körpü tikilir və hazırda işlərin 40 faizi tamamlanıb.

Körpüdən sonra uzunluğu 885 metr olan tunelin də inşası aparılır. Ümumilikdə layihə çərçivəsində bir asma körpü də daxil olmaqla 17 körpü və bir tunelin tikintisi nəzərdə tutulur.

Bizim.Media

Seçilən
9
bizim.media

1Mənbələr