AZ

“Dövlət universitetlərində ixtisaslar ödənişsiz olmalıdır” -Məzahir Məmmədli

Təhsil eksperti Ramin Nurəliyev belə bir təkliflə çıxış edib ki, ali təhsil müəssisələrində pedaqoji ixtisasları ödənişli təhsil sistemindən çıxaraq. Yəni pedaqoji ixtisasların hamısı dövlət sifarişli əsaslarla olsun. Eyni zamanda təklif olunur ki, müəllimlik ixtisaslarının keçid balı artırılmalı, yüksək bal toplayan gənclərimiz müəllimlik ixtisaslarına yönəlməlidir.

Təhsil eksperti Məzahir Məmmədli Redaktor.az-a açıqlamasında bildirdi ki, dövlət müəssisəsi adı daşıyan bir qurumda təkcə müəllimlik ixtisası yox, digər ixtisaslar da ödənişsiz olmalıdır:

"Adlarından göründüyü kimi, bunlar dövlət universitetləridir. Özəl universitetlərdə də yüksək bal toplayanların dövlət hesabına oxuması halları var. Ümumiyyətlə, Azərbaycanda müəllim ixtisasına münasibət son beş-altı ildə dəyişib. Azərbaycan Dövlət Pedaqoji Universitetində də müəllimlik ixtisaslarının qəbul balı 400-dən yüksəkdir. Əvvəllər 200–250 balla müəllimliyə qəbul olunurdusa, artıq indi o bal həddi kifayət qədər qalxıb. Yəni bütün bunların hamısı ondan xəbər verir ki, artıq Azərbaycanda müəllim olmaq üçün bilikli, bacarıqlı, hazırlıqlı olmaq lazımdır. Çünki həmin şəxsləri tədrisdən sonra müəllimlərin işə qəbulu imtahanı gözləyir. Daha sonra isə sertifikasiya imtahanları başlayır. Ona görə də indidən Azərbaycanda müəllim olmaq istəyən hər bir kəs özündə müəyyən qədər məsuliyyəti hiss etməli və kifayət qədər bilikli, bacarıqlı, savadlı olmalıdır".

Aytəkin TOFİQQIZI

Seçilən
17
1
redaktor.az

2Mənbələr