AZ

"Drujba kəməri aprelin sonuna qədər bərpa olunacaq" - Zelenski

Vladimir Zelenski bildirib ki, zədələnmiş Drujba neft kəmərinin aprelin sonuna qədər yenidən istifadəyə verilməsi planlaşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Xatırladaq ki, boru kəmərinin fəaliyyətinin dayandırılmasına cavab olaraq Viktor Orban Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiya paketini və Kiyevə ayrılması nəzərdə tutulan maliyyə yardımını bloklamışdı.

Zelenskinin sözlərinə görə, Macarıstanda yeni hökumətin – mərkəz-sağçı Tisza Partiyasının hakimiyyətə gəlməsi ilə ölkələr arasında münasibətlər praqmatizm və qarşılıqlı hörmət prinsipləri əsasında qurulmalıdır.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
14
redaktor.az

1Mənbələr