AZ

İran neft gəlirlərini sənayenin bərpasına yönəldir

İranın neft naziri Möhsün Paknejad bildirib ki, İranın neft satışları son dövrlərdə yaxşılaşıb və əldə olunan gəlirin bir hissəsi sənayenin bərpasına yönəldiləcək.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, nazir vəsaitlərin bölüşdürülməsinin optimallaşdırılmasının vacibliyini vurğulayaraq prioritetlərin əldə olunan nəticələrə əsasən müəyyən edilməli olduğunu bildirib.

Bildirilir ki, ayrılan vəsaitin bir hissəsi ABŞ və İsrailin zərbələri nəticəsində zədələnmiş enerji infrastrukturu da daxil olmaqla sənaye obyektlərinin bərpasına sərf olunacaq.

Paknejad həmçinin qeyd edib ki, neft sənayesi işçiləri çətin şəraitdə fəaliyyətlərini davam etdirir və onların rolu xüsusi əhəmiyyət daşıyır.

O əlavə edib ki, İran Milli Neft Şirkətinin tənzimləyici funksiyası xüsusilə neft-kimya sektorunda həlledici əhəmiyyətə malikdir və bu sahədə mexanizmlərin gücləndirilməsi zəruridir.

Aminə ŞAHSUVARQIZI

Seçilən
19
1
redaktor.az

2Mənbələr