AZ

Uşağın dişləri neçə yaşına kimi çıxmalıdır? - CƏDVƏL



Uşaqlarda diş çıxarma prosesi fərdi olsa da, tibbdə müəyyən normal aralıqlar mövcuddur.

Medicina.az xəbər verir ki, körpələrdə adətən ilk dişlər 6–8 aylıqda çıxmağa başlayır.

2,5–3 yaşa qədər isə uşaqda ümumilikdə 20 süd dişi tamamlanmalıdır.

Normal diş çıxma cədvəli:

– 6–10 ay → ön alt dişlər
– 8–12 ay- ön üst dişlər
– 9–16 ay - yan dişlər
– 13–19 ay - azı dişləri
– 16–23 ay- köpək dişləri
– 23–33 ay- son azı dişləri

Daimi dişlər nə vaxt başlayır?

Uşaqlarda daimi dişlər adətən 6 yaşdan çıxmağa başlayır.
Bu proses təxminən 12–13 yaşa qədər davam edir.

Nə zaman narahat olmaq lazımdır?

Əgər:

– 1 yaşa qədər heç bir diş çıxmayıbsa
– 3 yaşda hələ də dişlər tamamlanmayıbsa
– Dişlər çox gec və ya qeyri-adi sırayla çıxırsamütləq həkimə müraciət etmək lazımdır.

Nələr diş çıxmasına təsir edir?

– Genetika
– Qidalanma (kalsium, D vitamini)
– Ümumi sağlamlıq vəziyyəti

Uşağın bütün süd dişləri adətən 3 yaşına qədər, daimi dişləri isə 12–13 yaşa qədər tamamlanır.

Aygün Musayeva




Seçilən
2
1
medicina.az

2Mənbələr