AZ

Bahar Muradova: Biz AQEM çərçivəsində daha geniş arealda qadınların rolunu artırmağı hədəfləyirik

Bakı, 14 aprel, AZƏRTAC

Azərbaycan hazırda AQEM-ə sədrlik həyata keçirir. Bu sədrlik çərçivəsində məsələlərə çox ciddi yanaşırıq. Çalışırıq ki, həm Azərbaycanın, həm də təşkilatın maraqlarına xidmət edən fəaliyyətlər həyata keçirək.

AZƏRTAC xəbər verir ki, bunu “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində keçirilən mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

“Azərbaycanın sədrliyi dövründə işləri sinxron şəkildə qurduq. Azərbaycanın təşəbbüsü ilə AQEM-ə daxil olan üzv ölkələrdə qadın məsələləri, qadın və uşaq hüquqları, eləcə də digər bir sıra narahatlıq doğuran məsələlər ətrafında görüşlərin keçirilməsinə başladıq. Biz təşkilat çərçivəsində daha geniş arealda qadınların rolunu artırmağı hədəfləyirik”, - deyə B.Muradova bildirib.

Seçilən
28
2
azertag.az

4Mənbələr