2025-ci ildə Azərbaycan bankları səhmdarlarına təxminən 480 milyon manat dividend ödəyib.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov bildirib.
Onun sözlərinə görə, bu, 2024-cü illə müqayisədə təxminən 20 % azdır.
AMB rəsmisi xatırladıb ki, ötən il bank sektoru 1,2 milyard manata yaxın xalis mənfəət əldə edib, sektorun ROA əmsalı (aktivlərin gəlirliliyi) 2,1 %, ROE əmsalı (kapitalın gəlirliliyi) isə 18,2 % təşkil edib.