2025-ci ildə Azərbaycan bankları səhmdarlarına təxminən 480 milyon manat dividend ödəyib.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov bildirib.
Onun sözlərinə görə, bu, 2024-cü illə müqayisədə təxminən 20 % azdır.
AMB rəsmisi xatırladıb ki, ötən il bank sektoru 1,2 milyard manata yaxın xalis mənfəət əldə edib, sektorun ROA əmsalı (aktivlərin gəlirliliyi) 2,1 %, ROE əmsalı (kapitalın gəlirliliyi) isə 18,2 % təşkil edib.