AZ

Əl-Ənsari: Pakistanda ABŞ və İran arasında danışıqların yeni raundunu gözləyirik

Qətər ABŞ və İran arasında Pakistanda yeni danışıqlar raundunun keçirilməsini gözləyir.

"Far.Az" "Al-Jazeera"ya istinadən xəbər verir ki, bunu Qətər XİN-in rəsmi nümayəndəsi Məcid əl-Ənsari media üçün keçirilən brifınqdə bəyan edib.

"Hazırda vasitəçilik səylərinin uğurunu və gərginliyin azaldılmasını təmin etmək məqsədilə intensiv regional əlaqələr aparılır. Biz həmçinin Pakistanda yeni danışıqlar raundunun başlaması barədə təsdiqləmə gözləyirik", - o deyib.

Onun sözlərinə görə, Qətər həmçinin Hörmüz boğazının yenidən açılması və onun bağlanmasının mənfi nəticələrinin aradan qaldırılması barədə tərəfdaşlarla danışıqlar aparır.

"Biz tərəfdaşlarımızla əlaqə saxlayırıq ki, Hörmüz boğazını yenidən açaq və bütün tərəflər üçün mənfi nəticələrin qarşısını alaq. Heç bir tərəf Hörmüz boğazının təhlükəsizliyini təhdid altına qoya bilməz və onun açılması üçün heç bir ilkin şərt olmamalıdır", - o deyib.

XİN nümayəndəsinin sözlərinə görə, Qətər həmişə Yaxın Şərqdəki münaqişə tərəfləri arasında atəşkəs rejiminin möhkəmləndirilməsi üçün uzunmüddətli həllin zəruriliyini vurğulayıb, çünki bu, ümumi maraqlara cavab verir.

Seçilən
15
far.az

1Mənbələr