Bir ara çempionluq şansları çox qəlizləşən, amma ''Qalatasaray''ın yaşadığı sürpriz xal itkilərindən sonra yenidən ümidlənən ''Fənərbaxça''da mükəmməl bir canlanma hökm sürür.
"Football-plus.az" xəbər verir ki, artıq komandanın taleyi öz əlindədi. ''Qalatasaray''dan iki xal geridə olan ''Fənər'' qalan 5 matçın hamısını qazanacağı təqdirdə 12 illik çempionluq həsrətinə son qoyacaq. Bu arada başqan Sadəttin Saran tarixi bir pul mükafatı müəyyənləşdirərək futbolçuları daha da motivasiyalandırmaq qərarına gəlib. Türkiyə mətbuatının yazdığına inansaq, Saran camiənin öndə gələn isimləri ilə məsləhətləşərək 10 milyon avroluq bir mükafat müəyyənləşdirib! ''Fənərbaxça'' qalan 5 matçın hər birində qalib gələcəyi təqdirdə komandaya 10 milyon avro mükafat veriləcək. Başqanın bu həftə komanda ilə keçirəcəyi xüsusi toplantıda bu qərarı oyunçulara açıqlayacağı gözlənilir. Bu, klub tarixinin ən böyük pul mükafatı olacaq.
''Fənərbaxça'' artıq cümə günü kiçik bir psixoloji üstünlüyü ələ keçirə bilər. Komanda 30-cu turun açılış oyununda ''Çaykur Rizəspor''u evdə yensə, ən azı bir günlük də olsa, uzun müddət sonra ilk dəfə liderliyə yüksələcək. ''Qalatasaray''ı şənbə günü ''Gənclərbirliyi'' səfəri gözləyir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta