AZ

Mərkəzi Bank: Azərbaycan maliyyə sektoru bank əsaslı olaraq qalır

Azərbaycanda maliyyə sektoru bank əsaslı strukturunu qoruyub saxlayır.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov mətbuat konfransında deyib.

O bildirib ki, 2025-ci il üzrə sektorun strukturunda bankların payı 94,2% təşkil edir. Digər seqmentlər üzrə isə sığorta sektorunun payı 3,5%, bank olmayan kredit təşkilatlarının (BOKT) payı 2,1%, investisiya şirkətlərinin payı isə 0,2% səviyyəsində olub.

AMB rəsmisi bildirib ki, maliyyə sektorunun aktivləri son illərdə artmaqda davam edir. Belə ki, sektorun aktivləri 2017-ci ildə 27,9 mlrd. manat olduğu halda, 2025-ci ildə 57,1 mlrd. manata yüksəlib.

Qeyd olunub ki, təkcə son bir il ərzində maliyyə sektorunun aktivləri 7,7% və ya 4,4 mlrd. manat artıb. Bu artımın əsas hissəsi bank sektorunun payına düşüb – 4,1 mlrd. manat. BOKT-ların aktiv artımı isə 0,3 mlrd. manat təşkil edib.

Seçilən
21
3
apa.az

4Mənbələr