AZ

Makronun vədi reallaşır: Tarixi irs ölkələrinə dönür

Fransa Milli Assambleyası müstəmləkəçilik dövrünə aid tarixi əsərlərin qaytarılması ilə bağlı qanun layihəsini təsdiqləyib. 

"Cebheinfo.az" xəbər verir ki, Fransa Senatında yanvar ayının sonunda qəbul edilən, müstəmləkəçilik dövründə qanunsuz yollarla ölkəyə gətirilmiş tarixi əsərlərin geri qaytarılmasını nəzərdə tutan qanun layihəsi Milli Assambleyada səsverməyə çıxarılıb. 

Uzun müddətdir əlaqədar ölkələr tərəfindən gözlənilən qanun layihəsi yekdilliklə qəbul edilib. Fransa Prezidenti Emmanuel Makron vəzifəyə gəldikdən sonra 2017-ci ildə Burkina Faso səfəri zamanı “Afrika ölkələrinin çoxsaylı mədəni irsinin Fransada saxlanılmasını qəbul edilə bilməz” deyərək, bu istiqamətdə hüquqi tənzimləmənin ediləcəyinə işarə etmişdi. 

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr