AZ

Evlənmə təklifini rədd etdiyinə görə tapanca ilə vurdu

Türkiyənin Kayseri şəhərində qadın evlilik təklifini rədd etdiyi üçün keçmiş qonşusunu tapança ilə vurub.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qadın 14 il 2 ay həbs cəzasına məhkum edilib.


Məlumata görə, evlilik təklifini qəbul etməyən keçmiş qonşusunu parkda tapança ilə vurduqdan sonra bir mağazada alış-veriş edərkən yaxalanıb. Hökm iclasında Kayseri 8-ci Ağır Cinayət Məhkəməsində hakim qarşısına çıxıb. İclasda həbsdə olan təqsirləndirilən S.S. və vəkili ilə zərərçəkənin F.A.-nın vəkili iştirak edib. Hadisədə yaralanan F.A.-nın vəkili təqsirləndirilənin heç bir iddiasını sübut edə bilmədiyini bildirərək onun ən yüksək həddə cəzalandırılmasını istəyib.


Özünü müdafiə edən S.S. isə F.A. ilə bir ildən çox müddətdir birlikdə olduğunu və F.A.-nın onun videolarını çəkərək internetə yüklədiyini söyləyib. Aparılan mühakimə nəticəsində məhkəmə heyəti S.S.-ni qəsdən adam öldürməyə cəhd etmə və icazəsiz silah daşıma ittihamları ilə müvafiq olaraq 10 il və 4 il 2 ay həbs cəzasına məhkum edib. Qadının həbsdə qalması qərara alınıb.

Seçilən
7
manset.az

1Mənbələr