Həm Azərbaycanın, həm də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) maraqlarına cavab verməyə çalışırıq.
Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransa və AQEM Qadınlar Şurasının ilk iclasına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, təşkilat çərçivəsində yaradılacaq qadınlar platforması üçün müəyyən fəaliyyət planı olsun.
"Həm də təcrübə mübadiləsi olsun, təcrübələr paylaşılsın", - sədr vurğulayıb.