AZ

Rusiya Ukraynanın su anbarını vurdu

BAKI, 14 aprel. TELEQRAF

Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yerləşən “Peçeneq” su bəndini idarəolunan aviasiya bombaları ilə hədəfə alıb.

Teleqraf xəbər verir ki, bu barədə telemarafonun efirində Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.

“Düşmən Çuquyev rayonunda yerləşən “Peçeneq” bəndinə altı idarəolunan aviasiya bombası atıb. Bu, vilayətimizin ən böyük su anbarıdır. Xarkov və ümumilikdə bölgəmiz üçün kritik əhəmiyyətli obyektdir”, - o vurğulayıb.

Seçilən
19
2
teleqraf.com

3Mənbələr