AZ

Yenə də yaxın qan qohumları ilə evliliklər davam edir Həkim pediatr

ain.az bildirir, Sherg.az portalına istinadən.

Mentallığımız mane olur bu qadağaya. Bineyi-qədimdən gələn adət-ənənəmiz mane olur

"Türlü-türlü misallar çəkilir; “mənim nənəm öz doğma əmisi oğlu ilə evlənib, “buz baltası” kimi 9 uşaq doğub" tipli etirazları gənc qızlarımız yazır. Amma qonşuluğunda belə evlilikdən doğulan əlil uşaqları görməzdən gəlirlər"

“Nature” jurnalında dərc olunan yeni araşdırmaya görə, zaman keçdikcə spermatozoidlərdə təkcə təsadüfi deyil, həm də “drayver mutasiyalar” adlanan genetik dəyişikliklər toplanır. Bu mutasiyalar hüceyrələrin daha sürətli bölünməsinə və yaşamasına kömək etsə də, eyni zamanda irsi xəstəliklərin ötürülmə riskini də artırır. Yəni, yaş artdıqca kişilərin sperması gələcək nəsillər üçün daha riskli ola bilər.

Tədqiqat çərçivəsində 22–84 yaş aralığında olan 75 kişinin sperması müasir “NanoSeq” texnologiyası ilə analiz olunub. Nəticələr göstərib ki, neytral mutasiyalar yaşla paralel artsa da, zərərli dəyişikliklər daha sürətlə çoxalır. Məsələn, 30 yaşlı kişilərdə təhlükəli mutasiyalar təxminən 2% təşkil etdiyi halda, 70 yaşda bu göstərici 4,5%-ə çatır. Alimlər bildirib ki, bu mutasiyaların böyük hissəsi gələcəkdə uşaqlarda inkişaf pozuntularına və ciddi xəstəliklərə səbəb olur. Buna görə də, gec yaşda ata olma planlaşdırılarkən genetik risklərin nəzərə alınması vacib sayılır.

Həkim-pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında ölkəmizdə belə tədqiqatların aparılmadığını, lakin yaxın qan qohumu ilə evliliklərdən əlil, genetik xəstəlik daşıyıcısı olan uşaqların dünyaya gəldiyini bildirdi:

- Qohum evlliklərinə rəsmi qadağa qoyulsa da, hələ davam edir belə evliliklər. Bu məsələnin tibbi aspektləri barədə kifayət qədər maarifləndirmə işləri aparılıb və rəsmi qadağa haqqında qanun da qəbul olunub. Amma yenə də yaxın qan qohumları ilə evliliklər var. Mentallığımız mane olur bu qadağaya. Bineyi-qədimdən gələn adət-ənənəmiz mane olur. Dinə bağlayanlar da var, türlü-türlü misallar çəkilir; “mənim nənəm öz doğma əmisi oğlu ilə evlənib, “buz baltası” kimi 9 uşaq doğub" tipli etirazları gənc qızlarımız yazır. Amma qonşuluğunda belə evlilikdən doğulan əlil uşaqları görməzdən gəlirlər. Bir məsələ də var, qohuma "yox" desən, ömürlük qan düşməni olursan və ya sonradan boşansan yenə düşmən olursan. Yəni qan qohumluğu düşmənçiliyə çevrilir. Belə “adət” ilin-günün bu vaxtında bizə lazım deyil. Evlənmə, övlad dünyaya gətirmə üçün ideal yaş dövrü qadın və kişilər üçün fəqlidir. Bəzən 20-35, bəzən 25-40 hesab edilir. Əsas odur uşaqlar sağlam doğulsun, sağlam böyüsünlər. Evlilikdən əvvəl tibbi yoxlamadan keçmək, irsi xəstəliklərlə bağlı analiz vermək vacibdir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
sherg.az

1Mənbələr