AZ

Məşhur türk müğənninin son halı görənləri ÜZDÜ - FOTOlar

Türkiyəli məşhur müğənni Zerrin Özer son görüntüsü ilə sevənlərini kədərləndirib.

Milli.Az xəbər verir ki, uzun müddətdir sağlamlıq problemləri ilə gündəmdə olan sənətçi bir müddət kameralardan uzaq həyat sürürdü. O, həmkarı Cansever üçün təşkil olunan mənəvi dəstək gecəsində yenidən ictimaiyyət qarşısına çıxıb.

Gecədə diqqət çəkən məqamlardan biri Zerrin Özerin səhnəyə çətinliklə gəlməsi və mahnılarını oturaraq ifa etməsi olub. Müğənninin hərəkət edərkən dəstəyə ehtiyac duyması izləyiciləri duyğulandırıb.

Sağlamlıq vəziyyəti ilə bağlı danışan sənətçi beyincikdə yerləşən iki damardan birinin 70%, digərinin isə 30% tıxandığını bildirib. Onun sözlərinə görə, bu problem tarazlığına ciddi təsir edir və təkbaşına yeriməsini çətinləşdirir.

Xatırladaq ki, Zerrin Özer 2023-cü ildə onurğa əməliyyatı keçirib. Daha sonra müxtəlif sağlamlıq problemləri və narahatlıq pozuntusu ilə mübarizə aparan ifaçı bir müddət Darülaceze nəzdində fəaliyyət göstərən fiziki terapiya və reabilitasiya mərkəzində müalicə alıb.

Onun son görüntüləri sosial şəbəkələrdə geniş yayılıb və pərəstişkarları tərəfindən narahatlıqla qarşılanıb.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
5
2
milli.az

3Mənbələr