AZ

Gürcüstanın xarici ticarət dövriyyəsi artıb

Gürcüstanın xarici ticarət göstəricilərində əhəmiyyətli artım qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Nazir müavini Vaxtanq Tsintsadze bildirib ki, 2026-cı ilin mart ayında xarici ticarətdə ixrac həcmi 697 milyon dolları ötərək rekord səviyyəyə çatıb.

Onun sözlərinə görə, yanvar–mart dövründə ixrac ümumilikdə təxminən 1,7 milyard dolları ötüb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 23 faiz artım deməkdir.

Nazir müavini qeyd edib ki, ümumi xarici ticarət dövriyyəsi də artım nümayiş etdirib. Mart ayında ticarət dövriyyəsi 2,28 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 9,7 faiz artım deməkdir. Yanvar–mart aylarında isə ümumi ticarət dövriyyəsi 5,86 milyard dollara çatıb.

Vaxtanq Tsintsadze vurğulayıb ki, bu göstəricilər ölkədə iqtisadi aktivliyin artdığını göstərir və Gürcüstan iqtisadiyyatının beynəlxalq maliyyə institutlarının proqnozlarından daha yüksək templə inkişaf edə biləcəyini ehtimal etməyə əsas verir.

Seçilən
6
3
azerbaijan-news.az

4Mənbələr