“Milan” klubunun vingeri Rafael Leao mövsümün sonunda komandadan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, ona “Barselona” və “Bavariya” maraq göstərir. Transferin təxminən 80 milyon avro olacağı gözlənilir.
29 yaşlı futbolçu bu mövsüm 26 oyunda 10 qol və 2 assistlə yadda qalıb. Müqaviləsi 2028-ci ilin yayına qədərdir.