AZ

ABŞ nin blokadası: Tehran gizli yollar tapmağa və güclə cavab verməyə hazırlaşır

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, iqtisadi itkilər həftələrlə davam edən aviazarbələrin nail ola bilmədiyini reallaşdıracaq: Tehranın iradəsini qıracaq və onu güzəştə getməyə məcbur edəcək. Lakin bəzi ekspertlər onun İranın dözüm həddini düzgün qiymətləndirmədiyini düşünürlər.

Ölkə.Az-ın CNN-ə istinadən məlumatına görə, ötən həftəsonu Pakistanda keçirilən sülh danışıqlarının nəticəsiz qalmasından sonra ABŞ-ın tətbiq etdiyi blokada dünən yerli vaxtla saat 10:00-da qüvvəyə minib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) buna cavab tədbirləri görəcəyini vəd edib, İran rəsmiləri isə dünya iqtisadiyyatı, o cümlədən amerikalı istehlakçılar üçün ağır nəticələrin olacağı barədə xəbərdarlıq ediblər.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi Həsən Əlhəsən CNN-ə müsahibəsində bildirib ki, Tehranın ABŞ blokadasının fəsadlarını kompensasiya etmək üçün bir neçə variantı var: "Tehran neft və qaz ixracını Hörmüz boğazından yan keçən alternativ marşrutlarla artırmağa çalışa bilər".

Ekspertin fikrincə, bura İraq, Türkiyə və Ermənistana boru kəmərləri ilə qaz ixracı, həmçinin Xəzər dənizindəki "Neka" terminalı vasitəsilə neft ixracı daxildir. Bundan əlavə, İran Pakistanla olan uzun quru sərhədi vasitəsilə yanacaq qaçaqmalçılığını genişləndirə və ya keçmişdə olduğu kimi, öz neftini İraq nefti ilə qarışdıraraq blokadadan yayına bilər.

Əlhəsən həmçinin vurğulayıb ki, İran hərbi yola da əl ata bilər. Bura ABŞ hərbi gəmilərinə hücumlar və ya Yəməndəki husiləri Babül-Məndəb boğazını bağlamağa sövq etmək daxildir.

"Hər bir halda, İran limanlarını blokadaya almaqla ABŞ bu müharibədə yeni bir səhifə açır və Tehranın həssas nöqtələrini müxtəlif istiqamətlərdə sınağa çəkir", - CNN bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
olke.az

2Mənbələr