AZ

Avtobusun önündən yola atılan gənc qız faciədən son anda qurtuldu VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qayda pozan piyada kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Kadrlarda görünür ki, gənc qadın dayanmış avtobusun ön hissəsindən qəfil şəkildə yola çıxaraq və diqqətsiz şəkildə hərəkətdə olan avtomobilin qarşısına keçir. Nəticədə o, həm onun özünü, həm də sürücünü təhlükəyə atıb.

Qeyd edək ki, yaxınlıqda piyada keçidi mövcuddur.

Xatırladaq ki, piyadalar yolun hərəkət hissəsinə yalnız müəyyən olunmuş keçidlərdən, işıqforun icazə verdiyi hallarda daxil olmalıdırlar. Avtobusun və ya digər iri nəqliyyat vasitələrinin önündən qəfil çıxmaq “kor zona” səbəbindən sürücünün vaxtında reaksiya verməsini çətinləşdirir. Bu kimi qayda pozuntuları təkcə şəxsi təhlükəsizliyi deyil, ümumi yol hərəkəti təhlükəsizliyini də ciddi şəkildə risk altına alır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
avtosfer.az

1Mənbələr