AZ

16 nəfərin güllələndiyi həmin hücum anı FOTOLAR

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şanlıurfanın Siverek rayonunda məktəbə silahlı hücum anının görüntüləri yayılıb. Keçmiş şagirdin təhsil müəssisəsinə daxil olaraq tüfənglə atəş açması nəticəsində 16 nəfər yaralanıb.Demokrat.az xəbər verir ki, hadisə Hasan Çelebi məhəlləsində yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində qeydə alınıb. 19 yaşlı Ömer Ket məktəbin qapısından içəri girərək ətrafdakılara nizamsız atəş açıb. Silahlı hücum zamanı 4 müəllim, 1 polis əməkdaşı, 1 kafe işlədən şəxs və şagirdlər olmaqla ümumilikdə 16 nəfər xəsarət alıb. Hücumdan sonra polislər tərəfindən mühasirəyə alınan gənc çıxış yolunu özünə qəsddə görüb.Şanlıurfa valisi Hasan Şıldak hadisə ilə bağlı açıqlamasında yaralılardan 12-nin müalicəsinin Siverek Dövlət Xəstəxanasında davam etdiyini bildirib. Vəziyyəti nisbətən ağır olan 4 nəfər isə şəhər mərkəzindəki xəstəxanalara köçürülüb. Valinin sözlərinə görə, 2007-ci il təvəllüdlü şagird əvvəllər bu məktəbin 9-cu sinfində oxuyub, daha sonra təhsilini qiyabi formada davam etdirib.Təhlükəsizlik kameralarına əks olunan görüntülərdə onun əlindəki tüfənglə binaya daxil olduğu və qaçışan insanların üzərinə atəş açdığı aydın görünür. Faktla bağlı genişmiqyaslı araşdırmalar davam etdirilir, məktəbdə dərslər müvəqqəti dayandırılaraq bina təxliyə olunub.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
demokrat.az

1Mənbələr