ESPN Brazil-ın məlumatına görə, “Mançester Siti” “Palmeiras”dan braziliyalı cinah yarımmüdafiəçisi Eduardo Konseysãonu transfer etməkdə maraqlıdır. Klub “Palmeiras”la danışıqlar aparır və 16 yaşlı braziliyalı oyunçu üçün 40 milyon avro ödəməyə hazırdır.
Konseysão hələ ki, “Palmeiras”ın əsas komandasında rəsmi oyun keçirməyib.