ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“Qaz qiymətlərinin artacağı ilə bağlı yayılan xəbərlərin əsası yoxdur və Rusiya Prezidenti Vladimir Putin də belə bir mesaj verməyib”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan deyib.
“Niyə qaz qiyməti qalxmalıdır? Yəni Rusiyanın hansısa razılaşmaları yerinə yetirməməsi və ya düşmənçilik addımları atması nəzərdə tutulur? Belə bir şey yoxdur. Prezident Putin məsələ ilə bağlı heç bir mesaj verməyib”, – Rubinyan bildirib.
Parlament rəsmisi əlavə edib ki, bu cür iddiaları bəzi Ermənistan siyasi qüvvələri və onlara bağlı media yayır:
Xatırladaq ki, Vladimir Putin Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı Avropada qaz qiymətləri ilə müqayisədə Rusiyanın Ermənistana daha ucuz qaz satdığını vurğulamışdı.
Safura Bənnayeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.