AZ

Minaya düşərək həlak olan agentlik əməkdaşınınFOTOLARI - YENİLƏNİB

Bu gün Füzuli rayonu ərazisində faciəli hadisə baş verib.

Redaktor.az "Yeni Sabah"a istinadən bildirir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 31 yaşlı əməkdaşı mina partlaması nəticəsində həlak olub.

Həyatını itirən 31 yaşlı Muğan Rəfayıl oğlu Mətili evli olub, iki uşaq atası idi. O eyni zamanda musiqiçi idi, uzun müddət rayonun mədəniyyət mərkəzində qarmon müəllimi olub.

M.Muğanın doğulduğu kəndin qəbiristanlığında dəfn olunacağı bildirilir.

***

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı aprelin 14-də Füzuli rayonunda baş verən mina hadisəsində həlak olub.

Bu barədə Redaktor.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində baș verib.

Agentliyin əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışında həlak olub.

222
Seçilən
28
6
redaktor.az

10Mənbələr