AZ

Merz Netanyahu ilə söhbətində onu Livanla birbaşa sülh danışıqlarına başlamağa ÇAĞIRDI

Yaxın Şərqdəki münaqişə fonunda Fridrix Mertz telefon danışığı zamanı Benyamin Netanyahunu Livan hökuməti ilə birbaşa sülh danışıqlarına başlamağa çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya hökumət məlumat yayıb.

Merts bildirib ki, Livanın cənubunda döyüşlər dayandırılmalı, Hizbullah isə silahlarını yerə qoymalıdır.

O həmçinin Almaniyanın İran və ABŞ arasında diplomatik kanallar vasitəsilə aparılan razılaşma səylərini dəstəklədiyini vurğulayıb.

Bundan başqa, Merts Fələstin ərazilərindəki vəziyyətdən narahatlığını ifadə edərək bildirib ki, Qərb Sahilinin qismən ilhaqı yolverilməzdir.

Məlumata görə, Netanyahu daha əvvəl Livanla birbaşa danışıqların başlanması barədə göstəriş verib və bu prosesin mümkün qədər tez həyata keçirilməsini istəyib.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
28
1
redaktor.az

2Mənbələr