AZ

“ABŞ İran münasibətlərində iqtisadi təsir mərhələsi genişlənir”

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“İslamabadda aparılan danışıqların uğursuzluğundan sonra ABŞ-ın İran limanlarına qarşı dəniz məhdudiyyəti tətbiq etməsi Vaşinqton ilə Tehran arasındakı gərginliyi yeni mərhələyə keçirdi”.

Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib:

“ABŞ Mərkəzi Komandanlığının limanlara daxil olan və çıxan gəmilərin hərəkətini məhdudlaşdırması artıq yerli xarakterli addım deyil, enerji yolları üzərində üstünlük əldə etməyə yönəlmiş açıq güc siyasətidir.

Bu yanaşmanın mərkəzində dayanır ki, ABŞ bu dəfə hərbi obyektlərdən çox iqtisadi axınları hədəf seçir. İran üçün limanlar və Hörmüz xətti təkcə nəqliyyat yolu deyil, həm də dövlət gəlirlərinin və maliyyə sabitliyinin əsas mənbəyidir. Bu səbəbdən limanlara məhdudiyyət neft satışından gələn gəlirin azalmasına və daxili sosial gərginliyin artmasına səbəb ola bilər.

Tramp administrasiyasının bu addımı göstərir ki, geniş hərbi əməliyyatlar əvəzinə iqtisadi sıxışdırma yolu seçilir. Bu üsul birbaşa müharibə riskini azaldır, lakin uzun müddətdə daha ağır iqtisadi nəticələr yaradır.

Zaman keçdikcə yanacaq, idxal malları və maliyyə dövriyyəsi üzərində təzyiq artır və ölkə daxilində iqtisadi çətinliklər dərinləşir”.

Afət

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
icma.az

1Mənbələr