AZ

Türkiyədə "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyası təqdim ediləcək

BAKI, 14 aprel. TELEQRAF

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə İğdır şəhərində yaradılmış “Bir millət, iki dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrının səhnələşdirdiyi ilk əsər böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" klassik komediyası olacaq.

Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aprelin 15-17-də İğdır, Qars və Ardahan şəhərlərində tamaşanın ilk primyerası keçiriləcək. Layihəyə İğdır Valiliyi, Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğu müvafiq dəstək göstərir.

İğdır Mədəniyyət Mərkəzində, Qars Qafqaz Universitetinin Mirzə Fətəli Axundzadə zalında və Ardahan Universitetində səhnələşdiriləcək “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərinə quruluşçu rejisoru Naxçıvan Dövlət Universitetinin müəllimi, Azərbaycanın Əməkdar artisti, rejissor Tofiq Seyidovdur. Əsəri Türkiyə türkçəsinə Azərbaycanın Xalq artisrti, tanınmış teatr-kino xadimi Cahangir Novruzov çevirib.

1850-ci ildə Azərbaycan dilində yazılmış "Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasının əsas qayəsi savadsızlığın, cəhalətin tənqid edilməsi, elmin insan həyatını dəyişməsi, insanı inkişafa çatdırması, Qərb və Şərq ziddiyyətləri, satira və yumordur.

Seçilən
23
4
teleqraf.com

6Mənbələr