AZ

Türkiyədə Mirzə Fətəli Axundzadənin komediyası səhnəyə qoyulacaq

Kulis.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə İğdır şəhərində yaradılan “Bir millət, iki dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrının səhnələşdirdiyi ilk əsər böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” komediyası əsasında hazırlanan "Müsyö Jordan və Dərviş Məstəli Şah" tamaşası olacaq.

Kulis.az xəbər verir ki, aprelin 15-17-də İğdır, Qars və Ardahan şəhərlərində tamaşanın ilk premyerası keçiriləcək.

Layihəyə İğdır Valiliyi, Azərbaycanın Qars şəhərindəki Baş konsulluğu müvafiq dəstək göstərir.

İğdır Mədəniyyət Mərkəzində, Qars Qafqaz Universitetinin Mirzə Fətəli Axundzadə zalında və Ardahan Universitetində səhnələşdiriləcək əsərin quruluşçu rejissoru Naxçıvan Dövlət Universitetinin müəllimi, Azərbaycanın Əməkdar artisti, rejissor Tofiq Seyidovdur. Əsəri Türkiyə türkcəsinə Azərbaycanın Xalq artisti, tanınmış teatr-kino xadimi Cahangir Novruzov çevirib.

1850-ci ildə Azərbaycan dilində yazılmış komediyanın əsas qayəsi savadsızlığın, cəhalətin tənqid edilməsi, elmin insan həyatını dəyişməsi, insanı inkişafa çatdırması, Qərb və Şərq ziddiyyətləri, satira və yumordur.

“Zamanın qanadlarında. Vüqar Əli” - Milli İncəsənət Muzeyində

Aristotelin ən məşhur davamçısı - Firuz Mustafa

Yaratdığı bənzərsiz obrazlarla əbədiyaşarlıq qazanan sənətkar - İsmayıl Osmanlı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
4
kulis.az

6Mənbələr