AZ

Müğənni Şəhlanın toyu 21 iyulda olacaq

Yazını böyüt
Yazını kiçilt

Tanınmış özbək müğənni Şəhla Salayeva pərəstişkarları ilə bir xoş xəbəri bölüşüb - toy tarixini açıqlayıb.

Hafta.az yazır ki, sənətçinin sözlərinə görə, rəsmi nikah mərasimi aprelin 4-də baş tutub. İndi isə toy günü yaxınlaşır. Əvvəlcə cütlük toyu may ayında etməyi planlaşdırırdı, lakin bəzi səbəblərdən vaxt yenidən dəyişdirilib.

"Allah qoysa, toyumuz yay aylarına planlaşdırılıb. Veysəlin ailəsi də yayı üstün tutub. Qohumlarımızın çoxu xaricdədir və yayda gələcəklər", - deyə müğənni izah edib.

O, həmçinin başqa bir vacib detalı da açıqlayıb. Deyəsən, toyun tarixi simvolik olaraq seçilib. “Veysəlin ad günü 21 iyuldadır. Allah qoysa, həmin gün toyumuz olacaq. O, iyulun 18-də İstanbulda olacaq", - deyə Şəhla Salayeva bildirib.

Seçilən
13
hafta.az

1Mənbələr