AZ

Çin İran ətrafındakı gərginliyin azaldılmasına töhfə verə bilər - Pedro Sançes

Çin İran ətrafındakı gərginliyin azaldılmasına töhfə verə bilər - Pedro Sançes

Çin Yaxın Şərqdəki vəziyyətin deeskalsiyasına kömək edə biləcək ən mühüm tərəfdir.

AFN.az xəbər verir ki, bunu İspaniya hökumətinin sədri Pedro Sançes bildirib. Pekində səfərdə olan və Çin sədri Si Cinpinlə görüşən Sançes, İran və Hörmüz boğazındakı gərginliyi aradan qaldırmaq üçün Çindən başqa effektiv vasitəçi tapmağın çətin olduğunu qeyd edib. O, Çinin sülhün və sabitliyin bərpasındakı rolunu vacib adlandırıb.

Xatırladaq ki, aprelin 11-də İslamabadda İran və ABŞ arasında keçirilən danışıqlar uğursuzluqla nəticələnib. Ağ Ev aprelin 13-dən etibarən İrana qarşı dəniz blokadası tətbiq etmək niyyətindədir. Sançesin bu bəyanatı məhz regionda hərbi-siyasi gərginliyin ən pik nöqtəyə çatdığı bir vaxtda səsləndirilib.

Seçilən
28
afn.az

1Mənbələr