ain.az, Sherg.az portalına istinadən məlumat yayır.
Tovuz rayonunda Aprel döyüşləri şəhidlərinin əziz xatirəsinə həsr olunmuş taekvondo üzrə açıq birincilik keçirilib.
Sherg.az xəbər verir ki, rayon UGİŞM-in təşkilatçılığı ilə baş tutan turnirdə müxtəlif çəki dərəcələri üzrə idmançılar mübarizə aparıblar.
Gərgin və maraqlı keçən yarışların nəticəsinə əsasən, 37 kq çəki dərəcəsində çıxış edən Yusif Musayev bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. O, diplom və qızıl medalla təltif olunub.
Turnirin əsas məqsədi şəhidlərin xatirəsini yad etmək, gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək və idmanın inkişafına töhfə vermək olub. Tədbir çərçivəsində fərqlənən digər idmançılar da diplom və medallarla mükafatlandırılıb.
Qeyd edək ki, bu kimi yarışlar regionda idmana marağın artırılması və yeni istedadların üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.