AZ

İran İnqilab Keşikçiləri: Müharibə davam edərsə,...

Müharibə davam edərsə, gizli imkanlarımızı üzə çıxaracağıq.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu bəyanat yayıb.

Bəyanata görə, Korpus öz hərbi imkanlarının böyük hissəsini hələ nümayiş etdirməyib və müharibə davam edəcəyi təqdirdə bu imkanlar üzə çıxarılacaq.

Qeyd olunub ki, münaqişə davam edərsə, İran düşmənin təsəvvür belə etmədiyi imkanlarını ortaya qoyacaq.

"İran müharibədə müasir üsullardan istifadə edəcək və bu üsullara qarşı tərəfin müqavimət imkanları olduqca məhdud olacaq", - deyə Korpusun sözçüsü Hoseyn Mohebbi bildirib.

Gülşən Şərif

Seçilən
21
1
bakivaxti.az

2Mənbələr