AZ

Turan Rzayev: Hörmüzdə gərginlik qlobal risklər yaradır

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

ABŞ-nin Hörmüz boğazı ətrafında başlatdığı hərbi blokada rəsmi olaraq İran-a qarşı yönəlsə də, daha geniş miqyasda təhlükəsizlik narahatlıqları doğurur.

Gununsesi.info-ya danışan politoloq Turan Rzayevin sözlərinə görə, əməliyyata dəstək məqsədilə 15-dən çox ABŞ hərbi gəmisi bölgəyə cəlb olunub. ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “George Bush” atom aviadaşıyıcısı isə Cəbəllütariq boğazını keçərək Aralıq dənizinə daxil olub və yaxın günlərdə əməliyyat zonasına çatması gözlənilir.

Ekspert qeyd edir ki, Vaşinqtonun bu addımı təkcə Tehrana yox, həm də Çin-ə mesaj xarakteri daşıyır. Enerji baxımından regiondan asılı olan Pekin vəziyyəti öz iqtisadi təhlükəsizliyinə təhdid kimi qiymətləndirir və artıq donanmasını körfəz yaxınlığında aktivləşdirərək gəmilərinin müşayiət olunacağını açıqlayıb.

Turan Rzayev onu da bildirir ki, Çin donanmasının bölgəyə ‘müşayiət’ adı ilə yaxınlaşması yalnız müdafiə deyil, həm də siyasi siqnaldır. Pekin faktiki olaraq ‘mən də buradayam’ mesajı verir.

Onun fikrincə, hazırda ABŞ üçün əsas strateji rəqib məhz Çindir. Tərəflər birbaşa hərbi toqquşmadan yayınmağa çalışsalar da, qarşılıqlı güc nümayişi riski artırır.

Politoloq son olaraq hesab edir ki, mövcud dinamika gələcəkdə 21-ci əsrin Karib böhranına bənzər “Hörmüz böhranı” ssenarisini gündəmə gətirə bilər.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
icma.az

1Mənbələr