AZ

Türkiyənin 78 illik ayaqqabı nəhəngi İFLAS ETDİ

Türkiyənin ən köklü ayaqqabı istehsalçılarından biri olan, 78 illik tarixə malik "Yeşil Kundura" şirkəti rəsmən iflas edib.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, bir müddət əvvəl adı dəyişdirilərək "HK Kundura" olan şirkətin fəaliyyəti məhkəmə qərarı ilə dayandırılıb.

İstanbul Anadolu 2-ci Mülki Ticarət Məhkəməsi 9 aprel 2026-cı il tarixində "HK Kundura"nın iflası barədə qərar çıxarıb.

Bu qərarla birlikdə şirkətə təyin edilmiş konkordato komissarlarının səlahiyyətlərinə də son verilib. Şirkətin tək sahibi olan Hüseyn Kızanlıklının məhkəməyə etdiyi müraciətlər və tələblər isə rədd edilib.

"Yeşil Kundura"nın təməli 1948-ci ildə Yeşil qardaşları tərəfindən açılan ilk ayaqqabı emalatxanası ilə qoyulub. Uzun illər İstanbulda fəaliyyət göstərən və sektorun liderlərindən sayılan şirkət son illərdə ciddi maliyyə çətinlikləri ilə üzləşib. 2025-ci ildə rebrendinq edərək adını "HK Kundura"ya çevirsə də, bu addım ayaqqabı nəhəngini xilas etməyə kifayət etməyib.

Qeyd edək ki, bu, qrupun ilk iflası deyil. Ötən ay holdinqin digər böyük qolu olan "Yeşil GYO" da iflas etdiyini açıqlayıb. Hazırda şirkətin qalan aktivlərinin taleyi və borcların ödənilməsi prosesi maraq doğurur.

Musavat.com

Seçilən
4
1
musavat.com

2Mənbələr