AZ

Si Cinpin: “Yaxın Şərqdə sülh üçün hüququn aliliyi qorunmalıdır”

Çin Xalq Respublikasının sədri Si Cinpin bildirib ki, Yaxın Şərqdə sülh və sabitliyin təmin olunması üçün beynəlxalq hüququn aliliyi qorunmalıdır. 

XQ “Reuters”-a istinadla xəbər verir ki, O, bu barədə Əbu-Dabinin vəliəhdi, Şeyx Xalid bin Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşdə bildirib. 

Məlumata görə, bəyanat Yaxın Şərqdə davam edən müharibəyə dolayısı ilə tənqid kimi qiymətləndirilir. Si Cinpin gələn ay Pekində keçirilməsi gözlənilən görüşdə ABŞ prezidenti Donald Trampla danışıqlar aparacaq. 

Qeyd edək ki, Si Cinpinin bu çağırışı Vaşinqton və Tehran arasında müharibəni dayandırmaq üçün keçirilən danışıqların nəticəsiz qalmasından sonra Yaxın Şərqdə gərginliyin artdığı bir dövrə təsadüf edir. 

Nəzrin ELDARQIZI

XQ

Seçilən
14
30
xalqqazeti.az

10Mənbələr