AZ

ABB-nin xalis mənfəəti 68%-dən çox artıb

Bu ilin I-ci rübündə Azərbaycan Beynəlxalq Bankının (ABB) cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 430,1 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,4% və ya 95 milyon manat çoxdur.

"APA-Economics" bu barədə bankın hesabatına istinadən xəbər verir.

ABB-nin əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2025-cü ilin I-ci rübü ilə müqayisədə 52,2 milyon manat və ya 24,4% artaraq 265 milyon 884 min manat təşkil edib.

Hesabat dövründə ABB-nin xalis mənfəəti 68,4% və ya 44,9 milyon manat artaraq 110,6 milyon manata çatıb.

BANKIN KREDİT PORTFELİ BÖYÜYÜB

ABB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2025-ci ilin sonu ilə müqayisədə 1,1% və ya 78,2 milyon manat artaraq 7,2 milyard manata çatıb. 2025-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri portfeli 80 milyon manat artaraq 2 milyard 64 milyon 202 min manata, ipoteka kreditləri portfeli isə 16,4 milyon manat artaraq 1 milyard 567 milyon 157 min manata yüksəlib.

MƏCMU KAPİTALI 2,3 MİLYARD MANAT TƏŞKİL EDİB

31 mart 2026-ci il tarixində ABB 2 milyard 290 milyon 352 min manat məcmu kapitala malik olub. Birinci rüb ərzində ABB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 17,19%, məcmu kapitalının adekvatlıq əmsalı isə 18,16% təşkil edib.

31 mart 2026-ci il tarixində ABB-nin cəmi aktivləri 14,3 milyard manat, öhdəlikləri isə 12,02 milyard manat olub.

Seçilən
11
1
apa.az

2Mənbələr